Avstraliyanın SBS teleşirkəti “Eurovision Asia” mahnı müsabiqəsinin təşkilini araşdırır. Bu barədə mayın 17-də şirkətin icraçı direktoru Maykl Ebeyd həmyerlisi Demi İmin Stokholmda keçirilən sonuncu müsabiqədə uğurlu çıxışını şərh edərkən bildirib. “The Sydney Morning Herald” qəzetinə müsahibə verən M.Ebeyd deyib: “Bis Hindistanın, Çinin və Cənubi Koreyanın aparıcı teleşirkətləri ilə bu təklifi müzakirə etdik və onlar buna böyük maraqla yanaşdılar. Stokholm geridə qaldıqdan sonra, biz yeni müsabiqənin konsepsiyasını hazırlaya bilərik. Şübhəsiz ki, əsas olaraq biz Avropa formatını və qalibi müəyyən etmək üçün səsvermə mexanizmini götürəcəyik. Ümid edirik ki, gələcəkdə “Eurovision Asia”nın qalibi birbaşa “Eurovision” müsabiqəsinin finalında iştirak etmək hüququ qazanacaq”. SBS teleşirkəti 1983-cü ildən başlayaraq, “Eurovision” müsabiqəsini birbaşa translyasiya edir. Avstraliya ilk dəfə ötən il Vyanada keçirilən müsabiqəyə qatılıb və Yaşıl qitəni təmsil edən Qay Sebastian beşinci yeri tutub. Cari müsabiqədə Avstraliyanın nümayəndəsi ikinci yerdə qərarlaşsa da, bu ölkənin növbəti müsabiqədə iştirakı məsələsi hələ açıq qalır. SBS teleşirkətinin rəhbərliyi ümid edir ki, Demi İmin Stokholmdakı uğuru Avropa Yayım İttifaqını Avstraliya nümayəndəsini gələn ilki müsabiqəyə dəvət etməyə təhrik edəcək. OzTAM təhqiqat xidmətinin məlumatına görə, Avstraliyada Stokholm şousunu 3,7 milyon televiziya tamaşaçısı izləyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…