“Everton” və “Nottingem Forest” komandaları cəzalana bilər

15 Yanvar 2024 14:07

Xəbər 762 dəfə oxunub

İngiltərə Premyer Liqasında mübarizə aparan “Everton” və “Nottingem Forest” komandaları cəzalana bilər. İngiltərə mətbuatı xəbər verir ki, hər iki klub maliyyə feyr-pley qaydalarını pozmaqda şübhəli bilinir. Elita təmsilçilərinin özlərini müdafiə etmək üçün lazımi sənədləri hazırladığı iddia olunub.

Qeyd edək ki, “Everton” 2021-2022-ci illər mövsümündə maliyyə feyr-pley qaydalarını pozduğu üçün ötən ilin noyabr ayında klubun aktivindən 10 xal silinib.xeber100.com