“Fənərbağça” futbol klubu növbəti transferini reallaşdırıb

8 Avqust 2019 13:58

Xəbər 537 dəfə oxunub

İstanbulun “Fənərbağça” klubu növbəti transferini reallaşdırıb.Azərtac xəbər verir ki, klub rəhbərliyi Danimarka millisinin müdafiəçisi Matias Yorgenseni heyətinə cəlb edib. Qambiya əsilli 29 yaşlı futbolçunun sonuncu klubu İngiltərə Premyer Liqasında çıxış edən “Haddersfild” olub. “Fənərbağça”nın futbolçunun transferi üçün 2 milyon avro ödədiyi bildirilir.2017-ci ildən “Haddersfild” klubunun şərəfini qoruyan Matias Yorgensen bu komandanın heyətində 61 oyunda 3 qol vurub. O, daha əvvəl Danimarkanın “Kopenhagen” və Hollandiyanın “PSV Eyndhoven” klublarında forma geyinib.xeber100.com