“Fənərbağça” futbol klubu yarımmüdafiəçisi ilə yollarını ayırıb

22 Avqust 2020 18:57

Xəbər 1255 dəfə oxunub

Türkiyənin “Fənərbağça” futbol klubu yarımmüdafiəçisi Alper Potukla yolları ayırıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, 29 yaşlı futbolçunun 2022-ci ilin iyununda başa çatmalı olan müqaviləsi vaxtından əvvəl qarşılıqlı razılaşma əsasında ləğv edilib.Alper Potuk 2013-cü ildə “Eskişehirspor”dan “Fənərbağça”ya transfer olunub.Xatırladaq ki, “Qarabağ” qışda A.Potuku transfer etmək istəyib, ancaq maliyyə məsələlərində razılıq əldə olunmadığı üçün bu məsələ reallaşmayıb.xeber100.com