“Fənərbağça” klubu heyətində dəyişikliklər edəcək

25 Noyabr 2018 14:34

Xəbər 766 dəfə oxunub

“Fənərbağça” gələn yay heyətində ciddi dəyişikliklər edəcək.Milli.az xəbər verir ki, İstanbul nəhənginin transfer siyahısı indidən hazırlanır. “Sarı-lacivərdlilər”in heyətə qatmaq istədiyi ilk oyunçu isə “Çelsi”nin yarımmüdafiəçisi Sesk Fabreqasdır. London klubu ilə müqavilə müddəti mövsümün sonuna qədər olan ulduz futbolçu “Fənərbağça”ya havayı keçə bilər. Klubun idman direktoru Damien Komolli ispaniyalının meneceri Darren Deinlə görüşərək, keçidin detallarını müzakirə edib. Həm Komolli, həm də “Fənərbağça”nın prezidenti Ali Koçla dost olan Dein müştərisinin Türkiyədə yalnız “Fənərbağça”nın formasını geyinəcəyinə söz verib. Çünki onunla Galatasaray da yaxından maraqlanır.Qeyd edək ki, Sesk Fabreqası “Milan” da transfer etmək niyyətindədir.xeber100.com