“Fənərbağça” klubu ilk transferini seçib

4 May 2019 13:26

Xəbər 649 dəfə oxunub

“Fənərbağça” yeni mövsüm üçün ilk transfer edib.Milli.az xəbər verir ki, İstanbul klubu İranın yüksək liqası təmsilçisi “İstiqlal”ın futbolçusu Allahyar Sayyadmaneşi heyətinə cəlb edib. Bu ilin iyununda 18 yaşı olacaq hücumçu ilə 5 illik müqavilə imzalanacaq.İran klubunun nümayəndəsi İsmayıl Halilzadə A.Sayyadmaneşi “Fənərbaxça”ya satdıqlarını təsdiqləyib: “Onu “Fənərbaxça”ya 850 min avroya satdıq. Mövsümün sonu buradan ayrılacaq”.Qeyd edək ki, A.Sayyadmanaş “The Guardian”nın hazırladığı 2011-ci il doğumlu ən yaxşı 60 futbolçu sırasında yer alıb.Əlavə edək ki, A.Sayyadmanaş bu mövsüm 17 matçda oynadığı az müddətdə 2 qol vurub, 2 qolun ötürməsini verib.xeber100.com