“Fənərbağça” komandası “Zenit” klubunun futbolçusunu heyətinə cəlb edib

29 Avqust 2017 13:51

Xəbər 778 dəfə oxunub

Türkiyənin “Fənərbağça” komandası Rusiyanın “Zenit” klubunun futbolçusu Luis Netonu heyətinə cəlb edib.Azərtac İstanbul klubunun saytına istinadla xəbər verir ki, iyirmi doqquz yaşlı futbolçu artıq İstanbula gəlib. Portuqaliyalı oyunçu ilə bu gün rəsmi müqavilə imzalanacağı gözlənilir.Qeyd edək ki, peşəkar karyerasına 2006-cı ildə Portuqaliyanın “Varzim” komandasında başlayan təcrübəli futbolçu sonralar bu ölkənin “Nasional”, İtaliyanın “Siena” kollektivlərinin heyətində çıxış edib. 2013-cü ildə İtaliya klubundan 6,5 milyon avroya “Zenit”ə keçən Luis Neto bu klubun heyətində 105 oyunda forma geyinib.Mərkəz müdafiəçisi Portuqaliya yığma komandasının heyətində 14 qarşılaşmada meydana çıxıb.Xatırladaq ki, İstanbul təmsilçisi bir müddət əvvəl Rusiyanın “Zenit” klubunun digər futbolçusu Juliano Viktor de Paulanı icarəyə götürüb.xeber100.com