“Fənərbağça” transfer çalışmalarını davam etdirir

18 İyul 2017 10:43

Xəbər 677 dəfə oxunub

“Fənərbağça” heyətinə yeni futbolçu cəlb edir.Azərtac xəbər verir ki, İstanbul klubu “Kalyari”nin müdafiəçisi Maurisio ilə razılıq əldə edib.Çilili futbolçunun iyunun 19-da İstanbula gedəcəyi bildirilir. Tərəflər arasında 3 illik müqavilə imzalanacağı gözlənilir.Qeyd edək ki, 29 yaşlı sağ cinah müdafiəçisi ötən mövsüm “Kalyari”nin heyətində 34 oyuna çıxıb və 1 qol vurub, 1 məhsuldar ötürmə edib.xeber100.com