“Fənərbağça”nın sabiq müdafiəçisi “Qalatasaray”da oynayacaq

24 Avqust 2018 21:03

Xəbər 687 dəfə oxunub

İstanbul təmsilçisi “Sevilya”dan Simon Kjaeri icarəyə götürəcək.”Fənərbağça”nın sabiq müdafiəçisi 1 il “Qalatasaray”da oynayacaq. Klubun yaxın günlərdə bu transferi açıqlayacağı gözlənilir.Qeyd edək ki, 2015-2017-ci illərdə “Fənərbağça”da çıxış edən danimarkalı futbolçu ötən ildən “Sevilya”da oynayırdı.xeber100.com