Təhsil Nazirliyi tərəfindən martın 11-də Mingəçevir şəhərində bölgənin orta məktəb şagirdlərinin iştirakı ilə respublika fənn olimpiadalarının ikinci seçim mərhələsi təşkil olunub.Azərtac xəbər verir ki, Mingəçevir şəhər 10 və 15 nömrəli tam orta məktəblərdə keçirilən yarımfinal mərhələsində 6 şəhər və rayon üzrə 9, 10 və 11-ci sinif şagirdləri 8 fənn üzrə (riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat) biliklərini nümayiş etdirib.Təhsil Nazirliyinin əməkdaşı Fuad Qarayev bildirib ki, hazırda Azərbaycanın 12 bölgəsində 6 min şagirdin iştirakı ilə fənn olimpiadalarının yarımfinal mərhələsi keçirilir: “Olimpiadaların birinci rayon (şəhər) mərhələsi bu ilin yanvarında ölkə üzrə 30 minə yaxın şagirdin iştirakı ilə reallaşıb. İkinci turun nəticələrinə əsasən aprel ayında respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək. Yarımfinalda hər fənn üzrə yüksək nəticə göstərən ən yaxşı 60 şagird, yəni 480 şagird olimpiadaların final mərhələsində iştirak etmək hüququ qazanacaq”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…