“F91 Düdelanj”-“Qarabağ” oyununun hakimləri məlum olub

19 İyul 2016 14:36

Xəbər 1635 dəfə oxunub

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun “F91 Düdelanj” komandası ilə keçirəcəyi cavab qarşılaşmasının hakimləri məlum olub. Azərtac xəbər verir ki, Lüksemburqun “Jos Nosbaum” stadionunda üz-üzə gələcək rəqiblərin cavab görüşündə şotlandiyalı Kevin Klansi fit çalacaq. Ona həmyerliləri Stevenson Styuart və Karr Sin kömək edəcəklər. Oyunun dördüncü hakimi Robertson Donald olacaq. Hakimlərin işinə rumıniyalı Aleksandru Dyakon qiymət verəcək. Görüşün UEFA nümayəndəsi isə irlandiyalı Nyuton İmon olacaq. Qeyd edək ki, “F91 Düdelanj”-“Qarabağ” matçı iyulun 20-də, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.xeber100.com