Azərbaycanda Facebook istifadəçilərinin sayı 2,3 milyona çatıb.Azərtac xəbər verir ki, bu barədə sosial şəbəkənin ölkələr üzrə istifadəçi sayı barədə statistikasında məlumat verilir. GlobalStats şirkətinin təqdim etdiyi məlumatlara görə isə Facebook Azərbaycanda ən böyük paya sahib sosial şəbəkədir. 2015-ci ilin dekabrı ilə müqayisədə 2016-cı ilin sonuna ölkədə Facebook istifadəçilərinin sayı 19,95 faiz artıb. Bu sosial şəbəkənin Azərbaycanda əhatəsi 91,55 faizə bərabərdir. İkinci yerdə 2,77 faizlə Twitter, üçüncü pillədə isə 1,86 faizlə Vkontakte sosial şəbəkəsi dayanır.Azərbaycanda digər sosial şəbəkələr üzrə də artım qeydə alınıb. Belə ki, 2015-ci ilin dekabrı ilə müqayisədə ötən ilin sonuna Azərbaycanda YouTube-un payı 5 faiz yüksəlib. Həmçinin Linkedİn platformasının ölkədə əhatəsi artaraq 1,50 faizə yaxınlaşıb.Qeyd edək ki, ölkədə mobil cihazlardan istifadə yüksəlməkdə davam edir. 2015-ci ilin dekabrında kompüterlərin payı 50,6 faiz, mobil cihazların payı 49,4 faiz olduğu halda, 2016-cı ilin dekabrında bu göstəricilər müvafiq olaraq 45,55 və 54,44 faiz təşkil edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…