FAIREX-in məlumatına görə…

20 Dekabr 2016 12:04

Xəbər 1005 dəfə oxunub

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə keçirilən draytulinq üzrə ölkə çempionatına yekun vurulub.FAIREX-dən Azərtac-a bildiriblər ki, ölkə birinciliyinin keçirilməsində məqsəd ən güclü idmançıları müəyyən etmək və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək milli komanda formalaşdırmaqdır. Çempionatda iştirak üçün əvvəlcədən elan verilib, seçim müddətində daxil olan müraciətlər FAIREX-in dağ komissiyası tərəfindən araşdırılaraq qiymətləndirilib və yarışa qatılacaq şəxslər müəyyənləşdirilib.xeber100.com