“Fajr Sabalan Cup” beynəlxalq şahmat turniri keçirilir

5 Fevral 2018 13:48

Xəbər 975 dəfə oxunub

İranın Mazandaran əyalətinin Amol şəhərində 26-cı “Fajr Sabalan Cup” beynəlxalq şahmat turniri keçirilir. Turnirin “A” qrupunda 14 ölkədən 81 şahmatçı, o cümlədən 20 qrossmeyster yarışır.Azərtac xəbər verir ki, 3 turdan sonra “A” qrupunda rusiyalı Pavel Ponkratov, hindistanlı Himal Qusain, iranlılar Əmirrza Purramenazali, Amin Tabatabaey və Əlirza Firuzca hərəyə 3 xalla liderdirlər. Azərbaycan qrossmeysteri Azər Mirzəyevin aktivində 2 xal var.Dördüncü turun püşkatmasının nəticələrinə görə Azər Mirzəyev qara fiqurlarla iranlı FIDE ustası Əli Rastbod ilə qarşılaşacaq.İsveçrə sistemi üzrə keçirilən “Fajr Sabalan Cup” 11 turdan ibarət olacaq.xeber100.com