“Ferrari” komandası dördgünlük test yürüşlərinə başlayıb

25 Yanvar 2022 15:26

Xəbər 449 dəfə oxunub

Bu gün “Ferrari” komandası Fioranoda dördgünlük test yürüşlərinə başlayıb.Xarici KİV-lər xəbər verir ki, komandanın ötən il Formula 1 üzrə dünya çempionatında istifadə etdiyi “SF21” bolidini üç pilot – Karlos Sayns, Çarlz Lekler və “Scuderia”nın sınaq sürücü Robert Şvartsman idarə edəcək.Trasda ilk sınaqlara rusiyalı sürücü – Robert Şvartsman başlayacaq. Daha sonra Çarlz Lekler və Karlos Sayns testlərdən keçəcəklər.“Ferrari” ənənəvi olaraq illərdir ki, Fioranoda sürücüləri və mühəndisləri sınaqdan keçirir.xeber100.com