İtaliyanın məşhur şokolad və digər qənnadı məmulatları istehsalçısı olan “Ferrero” şirkətinin nümayəndəsi Domeniko Manfredi Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi ilə görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlığın qurulması yolları müzakirə olunub.Azərtac-ın bölgə müxbiri xəbər verir ki, institutun direktoru İlham Qurbanov qonağa Azərbaycanda fındıqçılığın inkişaf etdirilməsi, yeni fındıq tingliyi sahələrinin salınması barədə məlumat verib.Təmsil etdiyi şirkətin Azərbaycanda fındıqçılığın inkişafına önəm verdiyini bildirən Domeniko Manfredi bu sahədə əlaqələrin daha da genişlənməsi üçün yeni əməkdaşlıq layihələrinin hazırlanması ilə bağlı təkliflərini verib və bu istiqamətə kömək göstərəcəyini bildirib.Görüşdən sonra Quba rayonu ərazisində yeni salınan fındıq bağına baxış keçirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…