Ölkə ərazisində fevralın 10-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.Tibbi-meteoroloji proqnoza görə, fevralın 12-dək Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.Naxçıvan Muxtar Respublikasında havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 11-16° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 4-9° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, dağlarda gecə 7-12° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, gündüz bəzi rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 3° şaxtadan 2° isti, gündüz 3-8° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Zəif şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 0-2° isti, gündüz 3-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…