Fevralın 6-da Afrika İttifaqının 34-cü sammiti keçirilib.Azərtac xəbər verir ki, virtual formatda təşkil edilən sammitdə Afrika ölkələrində pandemiya ilə əlaqədar vəziyyət, sosial-iqtisadi böhran, silahlı münaqişələr, əməkdaşlığın perspektivləri müzakirə olunub.Zirvə görüşündə ABŞ Prezidenti Co Baydenin müraciəti də səsləndirilib. Birləşmiş Ştatların yeni dövlət başçısı Afrika İttifaqı ilə daha sıx əməkdaşlıq etməyə hazır olduğunu, Vaşinqtonun pandemiya ilə əlaqədar daha ağır böhran keçirən ölkələrə yardım edəcəyini bildirib.Sammitdə Konqo Demokratik Respublikasının Prezidenti Feliks-Antonie Tsixekedi Tşilombo 2021-ci ildə Afrika İttifaqının sədri seçilib. Ötən il quruma sədrlik edən Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafoza onu təbrik edərək uğurlar arzulayıb.Musa Faki Mahamat isə yenidən Afrika İttifaqı Şurasının sədri seçilib. O, namizədliyini ikinci müddət üçün dəstəkləyən 54 Afrika ölkəsinin dövlət və hökumət başçılarına cari ildə komissiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…