Sentyabrın 11-də Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası işə başlayıb. Azərtac xəbər verir ki, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov iclası açaraq 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsinin önəmini vurğulayıb: “Azərbaycanda mötəbər idman yarışlarının keçirilməsi artıq ənənə halını alıb. Ötən il Bakı ilk Avropa Oyunlarına, şahmat üzrə Dünya Kubokuna ev sahibliyi etdi. Bu il paytaxtımızda Formula-1 Avropa Qran-Prisi kimi nüfuzlu yarış təşkil olundu. İndi isə Bakı şahmat dünyasının diqqət mərkəzinə çevrilib. Şahmat Olimpiadasının Bakıda keçirilməsi böyük hadisədir. Bu etimada görə FIDE-yə təşəkkür edirik”. Azərbaycanın və FIDE-nin himnlərinin səsləndirilməsindən sonra gündəlikdə duran məsələlər müzakirə edilib. FIDE-nin 87-ci konqresi işini sentyabrın 13-də başa çatdıracaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…