Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində FIDE-nin Qran-pri seriyasından birinci mərhələsinin görüşləri başlayıb. Turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir.Azərtac xəbər verir ki, 9 turdan ibarət yarışlar İsveçrə sistemi üzrə keçirilir. Qələbə uğrunda 12 ölkədən 18 şahmatçı mübarizə aparır.Azərbaycan nümayəndəsi iki turdan sonra 1,5 xal toplayıb. Birinci turda qara fiqurlarla oynayan Şəhriyar İspaniya təmsilçisi Fransisko Valyexo ilə heç-heçə oynayıb. Üçüncü turda şahmatçımız Fransa nümayəndəsi Maksim Vaşye-Laqrav ilə görüşür.İki turdan sonra turnir cədvəli belədir: Maksim Vaşye-Laqrav – 2 xal, Şəhriyar Məmmədyarov, Maykl Adams – hərəyə 1,5 xal, Levon Aronyan, Fransisko Valyexo, Aleksandr Qrişşuk, Din Lijen, Hikaru Nakamura, Yan Nepomnyaşşi, Riçard Rapport, Aleksandr Ryazantsev, Lüdviq Hammer, Xou İfan, Pavel Elyanov, Dmitri Yakovenko – hərəyə 1 xal, Li Çao, Yevgeni Tomaşevski – hərəyə 0,5 xal, Saleh Salem – 0.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…