FIDE Qran-Pri seriyasının final oyunları davam edir

3 Aprel 2022 13:59

Xəbər 387 dəfə oxunub

Almaniyanın paytaxtı Berlin şəhərində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin final oyunları davam edir.Həlledici mərhələdə ABŞ təmsilçiləri Hikaru Nakamura və Uesli So mübarizə aparırlar.Bu gün şahmatçılar ikinci görüşü keçirəcəklər.Qeyd edək ki, birinci görüşdə heç-heçə qeydə alınıb.Yarışın əsasnaməsinə görə, final iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.Xatırladaq ki, Hikaru Nakamura Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovu, Uesli So isə iranlı Amin Tabatabayini məğlub edərək finala yüksəliblər.Turnirə aprelin 4-də yekun vurulacaq.xeber100.com