Hamburqda keçirilən FIDE Qran-Prisinin üçüncü mərhələsi çərçivəsində şahmatçılar səkkizdəbir finalda mübarizə aparıblar. Şahmatçılardan fransalı Maksim Vaşe-Laqrav, bolqarıstanlı Veselin Topalov, rusiyalı Pyotr Svidler, Polşa təmsilçisi Yan-Kriştof Duda rəqiblərini məğlub edərək dörddəbir finala vəsiqə qazanıblar.Azərtac xəbər verir ki, təmsilçimiz Teymur Rəcəbovun rusiyalı Daniel Dubovla iki qarşılaşması da heç-heçə başa çatdığından idmançılar tay-brekdə görüşəcəklər. Turnirdə rusiyalı idmançılar Aleksandr Qrişuk polşalı Radoslav Voytaşek, Nikita Vityuqov çexiyalı David Navara, Dmitri Yakovenko çinli Yu Yanqi ilə tay-brekdə qarşılaşacaqlar.FIDE Qran-Prisi dörd mərhələdən ibarətdir. Yarışın əvvəlki mərhələləri Riqa və Moskvada keçirilib.Dekabrın 10-dan 24-dək Təl-Əvivdə Qran-Pri turnirinin dördüncü mərhələsi təşkil olunacaq.Qran-Pri turnirləri Olimpiya sistemi (uduzan çıxır) üzrə keçirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…