FIFA e-klub dünya çempionatının qrup mərhələsinin püşkü atılıb

22 Yanvar 2020 09:40

Xəbər 462 dəfə oxunub

İsveçrənin Sürix şəhərində futbol üzrə FIFA e-klub dünya çempionatının qrup mərhələsinin püşkü atılıb.Azərtac FIFA-ya istinadla xəbər verir ki, turnirin təsnifat mərhələsində 190 komanda mübarizə aparıb. Gərgin keçən yarışlarda 24 komanda qrup mərhələsinə yüksəlib. Püşkə əsasən, komandalar 4 qrupda yarışacaqlar. Komandalar 1-in 1-ə və 2-nin 2-yə formatında güclərini sınayacaqlar.Mükafat fondu 100 min ABŞ dolları olan dünya çempionatının final mərhələsinə sentyabrın 7-9-da İtaliyanın Milan şəhəri ev sahibliyi edəcək.xeber100.com