FIFA futbol klublarının transfer fəaliyyəti ilə bağlı hesabatı təqdim edib

19 Yanvar 2021 14:26

Xəbər 424 dəfə oxunub

FIFA 2020-ci ildə futbol klublarının transfer fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.Azərtac qurumun saytına istinadla xəbər verir ki, ötən il Avropada transferlərə ən çox pul xərcləyən klub “Çelsi” olub. Bu göstəricidə ikinci “Mançester Yunayted”dir. İlk üçlüyü “Mançester Siti” qapayır. Dördüncü və beşinci pillələrdə müvafiq olaraq “Barselona” və “Yuventus” klubları qərarlaşıblar.Qeyd edək ki, “Çelsi” klubu ötən ildə “Bayer Leverkuzen”dən Kay Havertzi (80 milyon), “Leyptsiq”dən Timo Verneri (53 milyon), “Lester Siti”dən Ben Çilueli (50 milyon), “Ayaks”dan Hakim Ziyeçi (40 milyon) və “Renn”dən Eduard Mendini (24 milyon) transfer edib.xeber100.com