FIFA futbol üzrə növbəti reytinq cədvəlini açıqlayıb

29 Noyabr 2018 15:04

Xəbər 796 dəfə oxunub

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1206 xalla 107-ci pillədə qərarlaşıb.FIFA-nın reytinq siyahısında ilk üçlük də dəyişməyib. Belə ki, Belçika 1727 xalla birinci, Fransa 1726 xalla ikinci, Braziliya isə 1676 xalla üçüncü yerdədir.xeber100.com