FIFA İcraedici Futbol Sammiti keçirilib

22 Noyabr 2017 19:18

Xəbər 874 dəfə oxunub

Bakıda FIFA İcraedici Futbol Sammiti keçirilib.Azərtac AFFA-nın saytına istinadla xəbər verir ki, tədbirdə FIFA-nın prezidenti Canni İnfantino, baş katibi Fatma Samoura, Azərbaycanın yerləşdiyi regiondakı ölkələrin futbol federasiyalarının, həmçinin FIFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbərləri iştirak ediblər.Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyalarının nümayəndələri də sammitə qatılıblar.xeber100.com