FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb

20 İyul 2023 14:15

Xəbər 408 dəfə oxunub

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ay açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1143 xalla 121-ci pillədə qərarlaşıb.

Siyahıya 1843,73 xalla son dünya çempionu Argentina millisi liderlik edir. Fransa seçməsi 1843,54 xalla ikinci, 1828,27 xalı olan Braziliya isə üçüncüdür.xeber100.com