FIFA-nın Hakimlər Komitəsinin məlumatı əsasında…

31 May 2018 12:24

Xəbər 677 dəfə oxunub

Səudiyyə Ərəbistanından olan referi Fahad əl-Mirdasi futbol üzrə dünya çempionatında işdən kənarlaşdırılıb.Azərtac FIFA-nın rəsmi saytına istinadla bildirir ki, 32 yaşlı arbitr iki həftə əvvəl Səudiyyə Ərəbistanı Futbol Federasiyası tərəfindən rüşvətxorluqda təqsirləndirilib.FIFA-nın Hakimlər Komitəsi bildirib ki, əl-Mirdasi daha dünya çempionatında işləmək tələblərinə cavab vermir.Əl-Mirdasi ilə bərabər, onun iki assistenti də işdən kənarlaşdırılıb. FIFA arbitrə bilavasitə əvəz axtarmayacaq.Bunun müqabilində hakimin iki köməkçisi – Həsən Əl-Məhri (BƏƏ) və Xiroşi Yamauçi arbitrlər müvafiq olaraq Məhəmməd Abdullanın (BƏƏ) və Rüici Satonun (Yaponiya) arbitr briqadalarına daxil olacaqlar.xeber100.com