FIFA növbəti reytinq cədvəlini açıqlayıb

20 Dekabr 2018 12:09

Xəbər 901 dəfə oxunub

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1206 xalla 107-ci pillədə qərarlaşıb.FIFA-nın reytinq cədvəlində ilk üçlük də dəyişməyib. Belçika 1727 xalla birinci, Fransa 1726 xalla ikinci, Braziliya isə 1676 xalla üçüncü yerdədir.xeber100.com