FIFA 2018-ci ildə futbol klublarının transferlərə xərclədiyi məbləğı açıqlayıb.TASS informasiya agentliyi xəbər verir ki, klublar transferlərə ümumilikdə 7,03 milyard dollar xərcləyib. Bu, 2017-ci ildəki göstərici ilə müqayisədə 10 faiz çoxdur.2018-ci ildə 16,533 beynəlxalq transfer reallaşıb ki, bu da əvvəlki ilə nisbətən 5,6 faiz artım deməkdir. Bu transferlərə 175 millətdən 14 min 186 oyunçu qatılıb.Açıqlanan məbləğin yarıdan çoxunu 31 klub xərcləyib. Bütün bu xərclərin 78,2 faizi UEFA-ya üzv olan klubların payına düşüb.Ötən il ən çox transfer olunan oyunçular braziliyalılar təşkil edib (1753). Bu göstəriciyə görə, ikinci yeri argentinalılar tutub (891). Üçüncü yerdə isə ingilislər (693) qərarlaşıblar. Ən çox pul yenə də, braziliyalılara xərclənib (1,154 milyard dollar).xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…