İdman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan idmançılarına azarkeşlik edirəm.Bunu Trend-ə Bakıda keçirilən turnirin azyaşlı azarkeşi İsmayıl Əhmədov deyib.İ.Əhmədov artıq iki ildir ki idman gimnastikası ilə məşğul olduğunu bildirib: “Buna görə də mənə gimnastların mübarizəsinə baxmaq maraqlıdır. Bütün Azərbaycan idmançılarına, xüsusən də Murad Ağarzayevə azarkeşlik edirəm. Arzulayıram ki, qızıl medal qazansın”.O, final mərhələsində də gimnastlarımıza azarkeşlik edəcəyini vurğulayıb.Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların ikinci günü keçirilir.Martın 17-nə qədər davam edəcək yarışların ilk günündə təmsilçilərimizdən Murad Ağarzayev (sərbəst hərəkətlər), Nikita Simonov (halqalar) və Marina Nekrasova (dayaqlı tullanma) final mərhələsinə vəsiqə qazanıblar.Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…