Fırlanan halqa formasında olan, səsli idarəetmə üçün mikrofon və akselerometrlə təchiz edilmiş yenilik ekrana baxmadan, yalnız düyməyə sıxmaqla bir çox məsələləri asanlıqla yerinə yetirməyə imkan verir. Azərtac “hitech.vesti.ru” saytına istinadən xəbər ki, həb formasında olan cihaz “O6” adlandırılıb. Yeni qurğunu bilərzik kimi də istifadə etmək olar, yaxud geyimə, hətta avtomobilin sükanına bərkitmək mümkündür. Səs vasitəsilə aksessuarı idarə etmək olar, bundan başqa qurğu fırlatma təkəri, 4 ədəd naviqasiya klavişi və daxili akselerometrlə təchiz edilib. “O6” cihazı “Bluetooth”un köməyi ilə telefona qoşulur. Qurğu poçtu dinləməyə, mesajlara cavab verməyə, zəng etməyə və ya musiqi seçib dinləməyə imkan verir. Daxili akkumulyator sayəsində qurğu 10 gün müddətində avtonom işləyir. Hazırda “O6” cihazı yalnız “iPhone” və “iPad” qurğularını dəstəkləyir, ancaq istehsalçı yaxın gələcəkdə “Android” dəstəyini planlaşdırır. “Fingertips Lab” startapı “O6” cihazının kütləvi istehsalı üçün lazımi vəsaiti “Kickstarter” platforması üzərindən toplayır. Şirkət lazım olan məbləği toplaya bilsə, qurğu 149 dollara satışa çıxarılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…