Finlandiyanın ailə işləri və sosial xidmətləri naziri Krista Kiuru pisləşən epidemioloji vəziyyətə cavab olaraq məhdudiyyətlərin təqdim ediləcəyini elan edib.Nazirin sözlərinə görə, məqsəd tam peyvənd olunmuş, sağalmış və ya koronavirusa görə testi mənfi çıxmış hər kəsə verilən koronavirus şəhadətnaməsinin istifadə yerlərini genişləndirməklə, peyvənd olunmamış şəxslərə tətbiq edilən məhdudiyyətlərlə virusun qarşısını almaqdır.Krista Kiuru vurğulayıb ki, ölkədə ciddi məhdudiyyətlərə əl atmamaq üçün epidemioloji vəziyyət nəzarətə götürülməlidir.“Virusa yoluxaraq reanimasiyaya yerləşdirilənlərin sayı durmadan artır, bu da öz növbəsində digər insanlar üçün sosial və tibbi xidmətlərə məhdudiyyətlərin olmamasına gətirib çıxarır”, – deyə Krista Kiuru bildirib.Bu arada, Finlandiyadakı reanimasiya şöbələri artıq yüksək xəstə sayı ilə işləmək məcburiyyətindədir. Yeni koronavirus xəstələrini yerləşdirmək üçün klinikalar təcili olmayan əməliyyatları ləğv etməli və xəstələri başqa müalicə müəssisələinrə köçürməli olur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…