Finlandiyada keçirilməsi nəzərdə tutulan güllə atıcılığı üzrə Avropa çempionatı ləğv olunub.Azərtac xəbər verir ki, bu barədə Avropa Atıcılıq Konfederasiyasının saytında məlumat verilib. Lohya şəhərində fevralın 26-dan martın 6-dək keçirilməli olan yarış koronavirus pandemiyası səbəbindən baş tutmayacaq. Məlumatda bildirilir ki, yarışın başqa tarixə keçirilməsi müzakirə ediləcək. Qitə çempionatının keçirilməsi mümkün olmayacağı təqdirdə, “Tokio-2020” üçün kvota yerləri Beynəlxalq Olimpiya Komitəsinin təsdiq etdiyi təsnifat sisteminə uyğun olaraq ötən il may ayına olan Avropa reytinqinə görə ayrılacaq.Qitə çempionatında güllə atıcılarımızın iştirakı da nəzərdə tutulmuşdu.Xatırladaq ki, Azərbaycanın güllə atıcısı Ruslan Lunyov İtaliyanın Bolonya şəhərində keçirilən qitə çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının qalibi olmaqla “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…