“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Petkim PetroKimya Holding A.Ş.”nin kredit reytinqini təsdiqləyib.Azərtac agentliyə istinadla xəbər verir ki, “Fitch” “Petkim”in uzunmüddətli kredit reytinqi üzrə proqnozunu “sabit” saxlamaqla “B” səviyyəsində təsdiq edib. “Fitch Ratings”ə görə, kredit reytinqi “Petkim”in kiçik ölçülü və əlavə məhsul konsentrasiyasını əks etdirir.Qeyd edək ki, SOCAR 2008-ci ildə Türkiyənin ilk neft-kimya zavodu olan “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. Hazırda “Petkim”in 51 faizlik səhmi SOCAR-a məxsusdur. Bu illər ərzində “Petkim”in yaxşılaşdırılması üçün 760 milyon dollardan çox investisiya qoyulub.“Petkim” illik 3,6 milyon ton neft-kimya məhsulu istehsal edir. Cari ilin birinci rübündə “Petkim PetroKimya Holding A.Ş.”nin xalis mənfəəti 131,4 milyon türk lirəsi təşkil edib. Hesabat dövründə “Petkim”in gəliri isə 1,88 milyard türk lirəsinə çatıb. Hazırda “Petkim” Türkiyənin ən böyük şirkətlərindən biridir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…