“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Maltanın reytinqi üzrə proqnozunu “sabit” səviyyədən “pozitiv”ə yüksəltməklə yanaşı, onun uzunmüddətli kredit reytinqini “A+” səviyyəsində təsdiq edib.Azərtac “Fitch”ə istinadla xəbər verir ki, Maltanın reytinqinin yüksəlməsi ada dövlətin dinamik iqtisadi artımı ilə bağlı olub və ölkənin ötən il Avropa İttifaqında ən sürətli inkişaf edən iqtisadiyyata malik olması müsbət qiymətləndirilib.“Maltada yaxın 2 ildə fərdi investor proqramı (Individual Investor Programme – IIP) çərçivəsində daxil olan gəlirlərin azacağı ilə bağlı proqnoza baxmayaraq, “Fitch” profisitin artacağını ehtimal edilir. Həmçinin ölkənin xarici dövlət borcunun ÜDM-ə olan nisbətinin aşağı düşməkdə davam edəcəyi də gözlənilir. Ehtimal olunur ki, əmək bazarının sürətli dinamikası daxili tələbatın ÜDM-in real artım tempinin hərəkətverici qüvvəsi olmasına imkan verəcək”, – deyə “Fitch” bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…