“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Qətərin kredit reytinqini azaldıb.Azərtac xəbər verir ki, bu barədə “Fitch” məlumat yayıb. Bildirilir ki, agentlik Qətərin kredit reytinqini bir pillə azaldaraq “AAA” səviyyəsindən “AAA-”yə endirib. Buna səbəb kimi Qətərin qonşu ölkələr ilə diplomatik əlaqələrində yaranan problemlər göstərilib. “Fitch Ratings” “Qətər böhranı”nın yaxın gələcəkdə həll olunmayacağı qənaətindədir.Səudiyyə Ərəbistanının və bəzi ölkələrin Qətərə qarşı sanksiyalar tətbiq etdiyinə işarə edən “Fitch Ratings” ölkənin geosiyasi risklər ilə üz-üzə qaldığını bildirib. Bildirilir ki, böhran ən çox ölkənin nəqliyyat və turizm sektoruna təsir edəcək.“Fitch” hesab edir ki, 2016-cı ildə 2,2 faiz iqtisadi artım olan ölkədə bu il həmin göstərici 2 faiz, 2018-2019-cu illərdə isə 1,3 faiz artacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…