“Forbes” jurnalı reytinq siyahısını tərtib edib

16 Dekabr 2017 20:53

Xəbər 1255 dəfə oxunub

Məşhur “Forbes” jurnalı tarixin ən çox qazanan idmançılarının reytinq siyahısını tərtib edib.Apasport.az saytının məlumatına görə, 25 nəfərin yer aldığı siyahıda idmançıların həm peşəkar müqavilələrdən, həm də sponsor anlaşmalarından toplam qazancları qeyd edilib.Maraqlıdır ki, sözügedən reytinq cədvəlinə bütün zamanların yaxşı basketbolçusu hesab edilən Maykl Cordan başçılıq edir. O, ümumilikdə 1.85 milyard dollar qazanıb.25 nəfərlik siyahını diqqətinizə çatdırırıq.
1. Maykl Cordan (basketbol) – 1.85 milyard dollar
2. Tayger Vuds (qolf) – 1.7 milyard
3. Arnold Palmer (qolf) – 1.4
4. Cek Niklaus (qolf) – 1.3
5. Mixail Şumaxer (Formula 1) – 1
6. Fil Mikelson (qolf) – 815 milyon
7-8. Kobe Brayant (basketbol), Devid Bekhem (futbol) – 800
9. Floyd Mayvezer (boks) – 785
10. Şakil O`Nil (basketbol) – 735
11. Lebron Ceyms (basketbol) – 735
12. Kriştianu Ronaldo (futbol) – 725
13. Qreq Norman (qolf) – 705
14. Mayk Tayson (boks) – 700
15. Roje Federer (tennis) – 675
16. Lionel Messi (futbol) – 600
17. Aleks Rodrigez (beyzbol) – 575
18. Ceff Qordon (ralli) – 525
19. Oskar De La Hoya (boks) – 520
20. Menni Pakyao (boks) – 510
21. Derek Citer (beyzbol) – 490
22-23. Peyton Menninq (Amerika futbol), Kevin Qarnet (basketbol) – 480
24. Evander Holifild (boks) – 475
25. Andre Aqassi (tennis) – 470.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02