Amerikanın avtomobil istehsalçısı olan “Ford Motor Company” Çinin elektrik avtomobili bazarına sərmayə yatırımını azaltmağı planlaşdırır.
“Financial Times” qəzeti bu barədə Amerika konserninin rəhbəri Cim Farliyə istinadla məlumat yayıb. Onun sözlərinə görə, qərb kompaniyaları Çinin avtomobil istehsalçıları – “BYD”, “Great Wall”, SAIC və “Changan” konsernləri ilə rəqabətə girə bilmir və “Ford” kompaniyasının gələcək strategiyası “daha məqsədyönlü sərmayələrə”, ilk növbədə kommersiya nəqliyyat vasitələrinə əsaslanacaq.
Nəşrin məlumatına görə, Almaniyanın “Volkswagen” və “Mercedes-Benz”, həmçinin Amerikanın “General Motors” kompaniyaları da Çinin elektrokar bazarında mövqelərini itirirlər.
2016-cı ildən bəri “Ford” kompaniyasının Çin bazarındakı payı iki dəfə azalıb. Bir müddət öncə “Ford” nümayəndələri konsernin 2026-cı ilədək elektromobil istehsalına 50 milyard dollar yatırmaq niyyətində olduğunu bildiriblər. Hazırda kompaniyanın model cərgəsində yalnız bir elektrokar (Mustang Mach-E) var.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…