“Formula-1-ə giriş” adlı ilk təlim keçirilib

5 Mart 2017 11:55

Xəbər 748 dəfə oxunub

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) idman əməliyyatları şöbəsi martın 4-də Formula-1 Azərbaycan Qran-prisində iştirak edəcək marşallar üçün “Formula-1-ə giriş” adlı ilk təlimini keçirib.Azərtac xəbər verir ki, Bakı Marşallar Klubunun (BMK) rəhbəri Ç.Mehdiyev marşallar üçün yeni mərkəzin yaxında istifadəyə veriləcəyini deyib. Qeyd edib ki, biz bu gün Formula-1 yarışlarının ayrılmaz hissəsi olan marşallar üçün idmanın bu növü və marşallıq fəaliyyəti haqqında mövsümün ilk təlimini təşkil etdik. Məqsədimiz klubumuzun üzvləri olan və bu il yeni seçilmiş marşallara Formula-1 haqqında geniş məlumat vermək və marşallıq fəaliyyətinin önəmli məqamlarını çatdırmaqdır.xeber100.com