Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində

24 Aprel 2018 12:44

Xəbər 688 dəfə oxunub

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində “Baku Crystal Hall”da keçiriləcək əyləncə proqramının işçi heyətinin aprelin 24-də görüşü keçirilib.Azərtac xəbər verir ki, görüşdə işçi heyətinin vəzifələri, tədbir vaxtı üzərlərinə düşəcək məsuliyyət tədbirə hazırlığın səviyyəsi müzakirə olunub.Aprelin 27-29-da Formula 1 yarışları çərçivəsində “Baku Crystal Hall”da dünya ulduzlarının və məşhur DJ-lərin iştirakı ilə möhtəşəm konsert proqramlarının təşkil olunacağını bildirən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin əməliyyatlar üzrə meneceri Elvin Məmmədov deyib: “Əyləncə proqramına bilet satışı davam edir. Hazırda konsertlərin keçiriləcəyi səhnənin tikintisi həyata keçirilir. Tikinti işlərinin aprelin 26-dək aparılacağı nəzərdə tutulub. Həmçinin xüsusi platformalar hazırlanıb ki, burada “Billioner” avto partinin təşkili planlaşdırılıb”.xeber100.com