Gələn il Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə könüllülərin müsahibə prosesinə start verilib.Azərtac xəbər verir ki, müsahibə prosesi dekabrın sonunadək davam edəcək. Ümumilikdə 3 min könüllünün qəbulunun nəzərdə tutulduğu Könüllülər Proqramına qeydiyyat prosesi 6 gün davam edib. Bu müddətdə 12 mindən çox müraciət qəbul olunub. Könüllülər işçi qüvvəsi, məkan, aeroport, şəhər və idman əməliyyatları, tamaşaçı xidmətləri, nəqliyyat, marketinq, media əməliyyatları, protokol və mərasim sahələri üzrə fəaliyyət göstərəcəklər.Formula 1 yarışının ölkəmizdə təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin könüllülər üzrə koordinatoru Tural Hümbətov bildirib ki, artıq müsahibə prosesi üç gündür davam edir. Bu günlər ərzində 450-dən artıq namizəd prosesdə iştirak edib. Qeydiyyatdan uğurla keçən hər bir kəs müsahibə prosesində iştirak edəcək. Müsahibədə əsasən könüllü olmaq istəyən şəxslərin motivasiyasına və liderlik bacarığına xüsusi diqqət yetirilir. Yarış zamanı ölkəmizə çoxlu sayda turistlərin səfər edəcəyi nəzərə alınaraq, onların dil biliklərinə də önəm verilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…