Formula-1 Azərbaycan Qran-Prisində

22 İyun 2017 13:15

Xəbər 798 dəfə oxunub

Formula-1 Azərbaycan Qran-Prisinin həftəsonu üçün hava proqnozu açıqlanıb.Azərtac xəbər verir ki, yarış həftəsonu günəşli və sərt küləyin müşayiəti ilə keçəcək.İyunun 23-də buludsuz hava şəraitində pilotlar 28 dərəcə istilikdə sərt küləyə qarşı yarışacaqlar. Bir gün sonra havanın temperaturu dəyişməsə də, cənub-şərq küləyi əsəcək. Bu havada komandalar trekə adaptasiya olmağa çalışacaqlar. İyunun 25-də havanın hərarəti artacaq və külək bir az səngiyəcək.Yarış həftəsonunda yağış yağacağı gözlənilmir.xeber100.com