Formula 1 Bəhreyn Qran-Prisinin təsnifat mərhələsinin üçüncü seqmentində

28 Mart 2021 13:18

Xəbər 513 dəfə oxunub

Formula 1 Bəhreyn Qran-Prisinin təsnifat mərhələsinin üçüncü seqmentində “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen start mövqeyi (pole position) təmin edib.Azərtac xəbər verir ki, “Red Bull”un pilotu əsas rəqibi, “Mercedes” komandasının sürücüsü Luis Hemiltonu 0,388 saniyə qabaqlayıb. Valtteri Botas isə finişə üçüncü çatıb. İlk yürüşdən sonra müsahibə verən Ferstappen bildirib ki, bu start onun karyerasında ən uğurlu olub.Bu gün axşam Bəhreyn trasında Formula 1 mövsümünün ilk yürüşü keçiriləcək.xeber100.com