Formula 1 Bakı “Grand Prix” ilə əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasında xüsusi şəraitə malik yanıq palatası yaradılır

27 Aprel 2016 15:19

Xəbər 742 dəfə oxunub

“Beynəlxalq Avtomobil Federasiyasının tələblərinə əsasən Formula 1 Bakı “Grand Prix” ilə əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) reanimasiya və anesteziologiya şöbəsinin nəzdində xüsusi şəraitə malik yanıq palatası yaradılır”. Bunu apa-ya MNX-nın Təcili tibbi yardım şöbəsinin müdiri Raud Əsədov deyib. O bildirib ki, Səhiyyə Nazirliyi və MNX-nın rəhbərliyi tərəfindən yanıq palatasının sxemi hazırlanaraq təsdiq olunub: “Səhiyyə Nazirliyi tərəfindən artıq lazımi tibbi avadanlıq sifariş olunub. Tibbi avadanlıq mayın 15-20-i aralığında Bakıya gətiriləcək. Yanıq palatası bütün standartlara uyğun hazırlanıb. Müvafiq olaraq 10 nəfər həkim və 10 nəfər tibb bacısına Mərkəzi Neftçilər Xəstəxanasında Səhiyyə Nazirliyi tərəfindən məşğələ keçirilib. Reanimasiya şöbəsinin 2 həkimi və 2 tibb bacısı Türkiyənin Ankara şəhərində yerləşən yanıq mərkəzində 1 aylıq təlimdə olublar”.  Şöbə müdiri qeyd edib ki, Formula 1 Bakı “Gran Prix” ilə əlaqədar hazırda Türkiyədən dəvət olunmuş həkim-mütəxəssis Bakıdadır: “Həmin professor Bakıdadır. O xəstəxanada yanıq palatasının heyəti və 103 təcili yardım xidməti üçün seminarlar keçirir. Eyni zamanda, Formula 1 Bakı “Gran Prix” ilə əlaqədar MNX-da təcili hallarda koordinasiya, ilk yardım və ixtisaslaşdırılmış yardım sistemi üzərində çalışır”. Əsədov əlavə edib ki, yanıq palatasında işlər mayın 15-20-i tam yekunlaşacaq. Qeyd edək ki, MNX Formula 1 “Gran Prix” əlaqədar əsas tərəfdaş xəstəxana olaraq nəzərdə tutulub. Formula-1 Bakı “Gran Prix”nə bu il iyunun 19-da Bakıda yerli vaxtla saat 18.00-da start veriləcək.xeber100.com

 

 

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05