Formula 1 Braziliya Qran-Prisi başa çatıb

12 Noyabr 2018 11:47

Xəbər 1024 dəfə oxunub

San-Paulu avtodromunda keçirilən Formula 1 Braziliya Qran-Prisi başa çatıb.Azərtac xəbər verir ki, yarışların qalibi “Mercedes” komandasının pilotu Lyuis Hemilton olub. İkinci yeri “Red Bull” komandasının yürüşçüsü Maks Ferstappen, üçüncü yeri isə Kimi Raykkonen tutublar.Hemiltonun bu qələbəsi və onun komanda yoldaşı Valtteri Bottasın beşinci yeri tutması nəticəsində “Mercedes” mövsümün başa çatmasına bir mərhələ qalmış Konstruktorlar Kubokunun qalibi olub.xeber100.com