Formula 1-də yeni mövsüm öncəsi keçirilən ənənəvi test yarışları başa çatıb.Azərtac xəbər verir ki, ilk gündə finiş xəttini birinci keçən Maks Ferstappen (“Red Bull”) Bəhreyndəki son sınaq xarakterli yürüşdə də rəqiblərini qabaqlayıb. Niderlandlı pilot Bəhreynin “Sahir” trassında keçirilən yarışda 64 dövrəni 1 saat 28 dəqiqəyə tamamlayıb. İkinci pilləni isə bu mövsüm Formula 1-də debüt edəcək “Alfa Tauri”nin yaponiyalı piloti Yuki Tsunoda tutub. Test yarışlarının ilk iki günündə uğursuz nəticə ilə yadda qalan “Ferrari” bu dəfə avtoidman həvəskarlarını təəccübləndirə bilib. Bu komandanın heyətində debüt mövsümünü keçirəcək Karlos Sayns yarışı üçüncü sırada başa vurub. Cümə və şənbə günləri yüskək nəticələr əldə edə bilməyən son dünya çempionu Luis Hqmilton bu dəfə heç də pis təsir bağışlamayıb. “Mersedes”in britaniyalı pilotu liderdən 1 dəqiqə geri qalaraq finiş xəttini beşinci sırada başa vurub. “Ferrari”də keçirdiyi illərdə uğursuzluqla yadda qalan Sebastyan Fettel isə deyəsən “Aston Martin”də də eyni aqibətlə üzləşəcək. Hər halda, Bəhreyndəki test yarışları belə düşünməyə əsas verir. İlk iki gündə bolidində problemlər yaşayan dördqat dünya çempionu bazar günü yarışı 17-ci pillədə başa vurub.Xatırladaq ki, Formula 1-də yeni mövsüm martın 27-də elə Bəhreyndə start götürəcək. Həmin gün komandalar təsnifat mərhələsində qüvvəsini sınayacaq. Növbəti gün isə final mərhələsi keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…