Mayın 9-da də Formula 1 İspaniya Qran-Prisinin qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, yarışda “Mercedes”in pilotu Luis Hamilton birinci olub. Maks Ferstappen (“Red Bull Racing”) yarışı ikinci, Valtteri Bottas (“Mercedes”) isə üçüncü pillədə başa vurublar.L.Hamilton cari mövsüm üçüncü, karyerasında 98-ci, Barselonada isə ardıcıl 5-ci qələbəsini qazanıb.Pilotların siyahısına 94 xalla L.Hamilton başçılıq edir. M.Ferstappen 80 xalla ikinci, V.Bottas isə 47 xalla üçüncü pillədə yer alıb.Konstruktorlar kubokunda “Mercedes” 141 xalla birincidir. İlk üçlüyü “Red Bull” (112 xal) və “McLaren” (65 xal) komandaları tamamlayır.Növbəti yarış iki həftə sonra Monakoda təşkil olunacaq.Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 6-da Bakı şəhər halqasında keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…