Koronavirus pandemiyası ilə əlaqədar yaranmış fasilədən sonra Formula 1 Qran-Pri yarışları Avstriyada davam etdiriləcək.Azərtac xəbər verir ki, Avstriya Federal Səhiyyə Nazirliyi 5 və 7 iyul tarixləri üçün nəzərdə tutulan yarışlar üçün təqdim olunan konsepsiyanın tibbi öhdəliklərə cavab verdiyini açıqlayıb. Azarkeşlər yürüşləri yalnız mavi ekranlardan izləyə biləcəklər, avtodromda tamaşaçıların iştirakına icazə verilməyib.Avstriyanın Ştiriya federal əyalətində yerləşən Şpilberq avtodromundan bildirilib ki, iki yürüşün keçirilməsi üçün hazırlıqlar görülüb və bütün iştirakçıların tibbi nəzarəti üçün lazımi tədbirlər görüləcək.Qeyd edilməlidir ki, Formula 1 tarixində ilk dəfə olaraq bir mövsüm ərzində eyni məkanda iki yürüş (özü də bir həftə ərzində) keçiriləcək. Pandemiya ilə əlaqədar builki mövsümdə on yürüş təxirə salınmalı olub. Mövsümü başa vurmaq üçün hələ on beş yürüş keçirilməlidir, lakin Formula 1 rəsmiləri əlavə təqvim cədvəli ilə hələlik açıqlama verməyiblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…