Formula 1 Macarıstan Qran-Prisi təşkil olunacaq

6 İyun 2020 20:00

Xəbər 542 dəfə oxunub

Formula 1 Macarıstan Qran-Prisi 2027-ci ilədək təşkil olunacaq. Bu barədə Liberty Media rəhbərliyi və yarışın təşkilatçısı arasında razılıq əldə olunub.Azərtac xəbər verir ki, bu il iyulun 17-19-da Macarıstanda Formula 1 üzrə dünya çempionatının üçüncü yarışı keçiriləcək. Digər Avropa yarışlarında olduğu kimi, bu yürüş da azarkeşsiz baş tutacaq. Bunun müqabilində yarışın təşkilatçılarına müqavilənin 2027-ci ilə qədər uzadılması təklif edilib və razılıqla qarşılanıb.”Hunqarorinq” avtodromunun rəhbəri Jolt Dyulai builki yarış tamaşaçısız keçirilsə də, xərclərinin dəyişmədiyini vurğulayıb. “Bu çətin günlərdə həm bizim, həm də Formula 1 üçün ən sərfəli olanı tapmaq üçün əlimizdən gələni etdik və müqaviləni daha bir il uzatmaq qərarına gəldik. Biz çempionatı 2026-cı yox, 2027-ci ilə qədər qəbul edəcəyik”, – deyə o bildirib.xebere100.com